Siyasət

Yeni qanun layihəsi demokratik və şəffaf şəraitdə hazırlanıb – ÖZƏL

Sharing is caring!

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması Azərbaycanın siyasi səhnəsinə yeniliklər gətirəcək və bu sahədə sağlam rəqabət mühiti formalaşdıracaq. Bu fikirləri “OLAYLAR”-a Müasir Müsavat Partiyasının İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, istər partiyaların dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş say həddinin 1000 nəfərdən 10 min nəfərə qədər artırılması, istər partiya üzvlərinin reyestrinin həyata keçirilməsi, istərsə də digər bu kimi məqamlar bundan sonra siyasi fəaliyyətlə məşğul olmaq istəyənləri də ciddi şəkildə düşünüb sonradan qərar vermək məcburiyyətində qoyaacaq: “Bundan sionra daha heç kim 1000 nəfər yaxın qohum-əqrəbasını toplayıb partiya yarada bilməyəcək. Hesab edirəm ki, qanun layihəsinə təklif edilən bu düzəliş təqdirəlayiqdir. Eyni zamanda partiyaların reyestrinin aparılması da mövcud partiyaların nəyə qadir olduğu, real güc və potensialını üzə çıxarmış olacaq”.

MMP rəsmisi onu da diqqətə çatdırıb ki, qanun layihəsinin hazırlanması zamanı ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların mövqelərinin nəzərə alınması, onlardan təkliflərin qəbul edilməsi onu deməyə əsas verir ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi kifayət qədər demokratik və şəffaf şəraitdə hazırlanıb: “Məlum olduğu kimi bu ayın sonunda ölkədə fəaliyyət göstərən siyasi partiyaların iştirakı ilə yeni qanun layihəsinin ictimai dinləməsi keçiriləcək və Müasir Müsavat Partiyası da həmin müzakirələrdə iştirak edəcək. Həmin ictimai müzakirə zamanı bir daha partiyalar qanun layihəsi ilə bağlı öz fikirlərini bildirəcək, mövqelərini ortaya qoyacaqlar”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir