Siyasət

İranın yol və şəhərsalma naziri Bakıya gəlir

Sharing is caring!

Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər edəcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İranlı nazir səfər çərçivəsində Azərbaycan və Rusiya rəsmiləri ilə görüşlər keçirəcək.

Sabah Bakıda Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə Şimal-Cənub Dəhlizi haqda iclas keçiriləcək. İclasda bu dəhliz çərçivəsində, əsasən Rəşt-Astara dəmiryolunun tikilməsi, onun tikintisinin sürətləndirilməsi haqda üç ölkənin əməkdaşlıqları müzakirə olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir