Siyasət

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlandı

Milli Məclisin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.

Xəbəral.az xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasda “Mülki Prosessual, Cinayət, Miqrasiya, İnzibati Xətalar, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” və s. qanunlara dəyişiklik layihələri I oxunuşda müzakirə ediləcək.

Bundan əlavə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir