Siyasət

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyev İdlibdə 33 türkiyəli əsgərin şəhid olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.