Secme Xeberler

“Hacı”lı xanımları izləməkdən bezmişəm…

Sharing is caring!

Allaha and olsun bezmişəm. Bilirsiniz nədən?Findifuruşkalı, silikonlu, dik sinəli, hacıların saxladığı xanımlardan.

Hacı niyə deyirik?

Onsuzda indi imkanlı adamlara hacı deyilir.

Qayıdım sözümün canına:

Sosial şəbəkələrdə elə xanımlar qarşıma çıxır ki, heç bir yerdə işləmir amma hansı tədbirə baxırsan, hansı yığıncaqda fotolar paylaşılır bu xanım ordadır. Ancaq fotolar çəkir paylaşır.

Özü biləre, yiyəsinin pulu bunun canı…

Məni yandıran o deyil!

Bəzən elə olur ki, dövlətin təşkil etdiyi mötəbər tədbirlərdə də bunlar başda oturur.

Doğrusu dəfələrlə olub ki, istəmişəm tikanlı bir rəy yazım, qorxmuşam ki, məni ağ yuyub qara sərəcək.Yaxşısı budur sakit dayanım.

Açığın deyim ki, Virtual həyata elə aludə olmuşuq ki, bəzən özümüzü real həyatda tənha, kimsəsiz, mənasız hiss edirik. Sosial şəbəkələr artıq xəstəliyə çevrilib.Sosial şəbəkələr həyatımızı elə işğal edib ki, real dünyadan sürətlə uzaqlaşır, doğmalarımıza qarşı laqeyidləşir, dostlarımıza  yadlaşırıq.

Vicdanıma and olsun ki, bezmişəm kasıbçılıqdan. Amma maşallah silikonlu xalalara pul xərcləyən, maşın alan, ev alan dayıların xərclədiyi pulları eşidəndə gözlərim kəlləmə çıxır. İndi həmin dayılara desən ki, ali təhsilli adamam, imkansız, çarəsiz mənə kömək et, vallahi adamı qapıdan qovacaq.

Özüdə bunlara pul xərcləyənlər ortayaşlı lopabığ kişilərdi.

Əə, bu nə danışır, əə?! Həyat nədir sizinçün? – Birinci tək qalmasın deyə ikinci sual da çıxır ağzımdan

Olub ki, bəzi dayılara sual vermişəm ki, Həyat nədir sizinçün? Niyə belə edirsiniz? Cavab verir ki, birinci tək qalmasın deyə ikinci sual da çıxır ağzımdan.

Əşşi nəbimee

Mənim həyat və fəaliyyətim nə qədər əhəmiyyətli, nə qədər əhəmiyyətsizdi? Görəsən biz hardan gəlib, hara gedirik?  Həyatım boyu neçə ağac əkmişəm? Həyatda tutduğum mövqe nə qədər ədalətlidir? Yaltağammı? Görməmişəmmi?

Hərdən özümə sual verirəm ki, biz hara gedirik?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir