Secme Xeberler

SABAH qruplarının tələbələri Dünya Robot Olimpiadasının üçüncüsü oldu – VİDEO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, SABAH qruplarının tələbələri Dünya Robot Olimpiadasının üçüncüsü oldu!
17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında 56 ölkədən gəlmiş 78 komanda arasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının “Platon Tech” komandası “FUTURE INNOVATORS SENIOR” kateqoriyasında dünya üçüncüsü olub.
Məlumat üçün bildirək ki, “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyevdir. Rüfət və Fərid Şixiyevlər əkiz qardaşlardır.
Qeyd edək ki, bu nominasiyada birinci yerə Hindistan, ikinci yerə Yunanıstanı təmsil edən komanda layiq görülüb.
Qeyd edək ki, Dünya Robot Olimpiadasının (WRO) Azərbaycan üzrə seçim mərhələsi Gənclər və İdman Nazirliyi tərəfindən Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) dəstəyi ilə təşkil edilmişdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir