Region

Füzulidəki aeroportun uzunluğu 3 km olacaq — VİDEO

Füzulidə yeni qurulan hava limanının uzunluğu 3 min metr olacaq.

XəbərAl.az xəbər verir ki, bu barədə gürcü jurnalistlərinə Füzuli aeroportunun tikinti işlərini aparan şirkətin nümayəndəsi Şaiq Qocayev məlumat verib.

Şirkət nümayəndəsi bildirib ki, Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hazırda torpaq qatı çıxardılaraq əvəzinə təbii çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək. Ş.Qocayev bildirib ki, tikinti işlərinin vaxtında başa çatması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir