Ölkə

Bu gün Qazaxda şəhid Mayis Yaqubovun qardaşının toyudur – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Qazaxın Daş Salahlı kəndindən olan Vətən müharibəsi şəhidimiz (XTQ) leytenant Mayis Yaquboun qardaşı ailə həyatı qurub.

Keçirilən toy mərasimində Qazax RİH başçısı Rəcəb Babaşov, müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.

İlk olaraq Vətən uğrunda canını fəda edən şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Qonaqlar yeni ailə həyatı quran Etibar Yaqubova və xanımına ən xoş arzularını çatdırıb, ölkəmizdə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açıblar.

Şəhidimizin valideynləri Rəhim ata və Ruhiyyə ana ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına görə, o cümlədən şanlı qələbəmiz naminə şücaət göstərən Vətən oğullarına və onların ailə üzvlərinin hərtərəfli qayğı ilə əhatə olunduğu prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Mərasimdə şəhidimizin ailə üzvləri ilə xatirə şəkili çəkdirilib.

Sözügedən fotonu sizlərə təqdim edirik:

Hazırladı: Jurnalist Elnur Quliyev

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir