Ölkə

MİLLƏTİN LAYİQLİ VƏKİLİ

Azərbaycanın hansı bölgəsinə getsəniz, hamı Mehriban Əliyevanın məhz oradan millət vəkili olmasını arzulayır. Çünki büt ünlükdə xalqı təmsil edən millət vəkili təkcə seçildiyi bölgə üçün deyil, dövləti və milləti üçün böyük işlər görən bir insandır. İnsanlar ona humanizmin simvolu kimi baxırlar. Millət vəkili olduğu dövrdə parlamentə Amnistiya aktları ilə bağlı qanun layihələri təqdim etmiş və millət vəkillərinin də dəstəyi ilə minlərlə məhbus azad edilərək öz ailəsinə qovuşmuşdur. Cinayət törətmiş qadınların çox hissəsi həbsxanalardan azad edilərək öz övladlarına, yaxınlarına qovuşmuşdur. Bu humanist aksiya toplum tərəfindən yüksək qiymətləndirilir. O, “biz səhvini başa düşən insanlara yenidən şans verərək, kömək edərək onları cəmiyyətimizə yararlı vətəndaşlar kimi qazandırmalıyıq”, – deyərək, yeni bir yanaşma tərzini ortaya qoydu.
O, qadınların bütün sahələrdə rolunun daha da genişləndirilməsinə böyük diqqət verir. ABŞ-a səfəri zamanı bu ölkənin ictimai-siyasi xadimləri ilə görüşündə Azərbaycan qadınlarının seçib-seçilmək haqqını nəinki M üsəlman Şərqi, hətta Birləşmiş Ştatların qadınlarından öncə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə etdiyini özəlliklə vurğulayan Mehriban Əliyeva Azərbaycan qadınının təhsili, inkişafı, toplumun müxtəlif sahələrində, dünyada daha yüksək səviyyədə təmsil olunmasına böyük dəstək verir.
Azərbaycandan kənarda yaşayan soydaşlarımız da daim onun diqqət mərkəzindədir. Gürcüstanda, öz tarixi ata-baba torpaqlarında yaşayan 500 min Azərbaycan türkünün təhsili, öz mədəniyyətini qoruyub saxlaması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Neçə illər Gürcüstan azərbaycanlılarının birinci sinifə gedən uşaqları məktəb ləvazimatları ilə təmin olunublar. Azərbaycan türklərinin gürcü dilini, kompüter texnologiyalarını yaxşı bilməsi üçün çoxlu kurslar açılıb, Fondun dəstəyi ilə Azərbaycan türklərinin bir sıra musiqi, rəqs qrupları qurulub ki, indi onlar millətimizi təkcə Gürcüstan səviyyəsində deyil, beynəlxalq səviyyəli müsabiqələrdə də təmsil edirlər. Soydaşlarımızın yaşadığı bəzi kəndlərdə məktəblərin, məscidlərin bərpa olunmasına, su xətlərinin çəkilməsinə kömək göstərilir.
Qadınlar onu gözəllik etalonu hesab edirlər. O, isə hesab edir ki, əsl gözəllik insanın xarici və daxili gözəlliyinin vəhdətindən yaranır. Onun ən gözəl xüsusiyyətlərindən biri təvazökarlığıdır. Bu qədər böyük fəaliyyətə baxmayaraq, özü haqqında danışmağı qəti sevmir Mehriban xanım. O, öz işi ilə insanların sevgisini qazanır! Həmişə gözəllik mücəssəməsi kimi qalın, əziz Mehriban xanım. Sizi sevirik və ad gününüzü təbrik edirik.
Qənimət İsrafilova, Cəlilabad rayon Mərkəzləşmiş Kitabxana Sisteminin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir