Ölkə

Azərbaycan İrana yardım əli uzatdı – VİDEO

Azərbaycan höküməti İrana humanitar yardım göndərib. İran İslam Respublikasında aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətdən əziyyət çəkənlərə prezident İlham Əliyevin tapşırığına əsasən 15 maşından ibarət yardım karvanı göndərilib.

XəbərAl.az xəbər verirki, İranda baş verən təbii fəlakətə Azərbaycan höküməti biganə qalmayıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasında aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Fövqəladə Hallar Nazirliyi bu gün Azərbaycan Hökuməti adından bu ölkəyə humanitar yardım göndərib.

Humanitar yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb.

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə bildirib ki, humanitar yardıma müxtəlif təyinatlı əşya və əmlaklar daxildir.

Qeyd edək ki, İranda baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.