Müsahibə

Avropa çempionatının ən yaxşı oyunçusu: “Özüm də gözləmirdim” – MÜSAHİBƏ

Sharing is caring!

“Avropa çempionu olduğumuz üçün sevincliyik. Yarış bizim üçün ağır başladı və ilk oyunda uduzduq. Ancaq sonra toparlandıq. Finalda Rumıniyanın zəif və güclü cəhətlərini bilirdik. Həmin oyuna daha da məsuliyyətlə yanaşdıq və çempion olduq”.

Bu sözləri minifutbol üzrə milli komandamızla Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olan, turnirin ən yaxşı oyunçusu seçilən Bəxtiyar Soltanov Oxu.Az saytına müsahibəsində deyib.

– Finalda hansı səhvləri düzəltdiniz ki, qrupda uduzduğunuz rumınlara bu dəfə qalib gəldiniz?

– İlk oyunda meydança və rəqibi tanımamaq amili vardı. Finaldan öncə onların zəif nöqtələri üzərində işləyib qalib gəldik.

– Turnirin ən yaxşı oyunçusu olacağınızı gözləyirdinizmi?

– Vallah, gözləmirdim. Amma məni buna layiq görüb verdilər. Bu mükafatda komanda yoldaşlarımın da əməyi var.

– Minifutbolda karyeranızı davam etdirəcəksiniz?

– İnşallah.

– Xarici minifutbol klublarından sizə təklif olub?

– Xeyr. O barədə hələ heç nə eşitməmişəm. Nəsə olsa, biləcəksiniz.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir