Müsahibə

“Onlar gürcüləri qətlə yetiriblər, indi də azərbaycanlılarla vuruşmağa hazırlaşırlar” – GÜRCÜSTANDAN MÜSAHİBƏ

Sharing is caring!

“Abxaziya-Gürcüstan müharibəsi veteranları”nın Qarabağda separatçılar tərəfində döyüşməyə getdiyi artıq məlumdur.

Tanınmış gürcü politoloq, ictimai xadim, “Georgian Times” media holdinqinin rəhbəri Malxaz Qulaşvili bu barədə danışıb.

Onun sözlərinə görə, bu, Baqramyan adına qanlı erməni batalyonunun hələ aktiv olmasının sübutudur:

“Onlar gürcüləri qətlə yetiriblər, indi də azərbaycanlılarla vuruşmağa hazırlaşırlar. Azərbaycan və Gürcüstanın separatçılara və terror qruplaşmalarına qarşı birgə mübarizə aparmalıdır, başqa seçimimiz yoxdur”.

“Bu insanlar xalqlar arasında ixtilaf, nifrət yaratmağa çalışırlar. Biz çox yaxşı başa düşürük ki, Abxaziyada erməni diasporu çox fəaldır, orada yuxarıda göstərilən Baqramyan batalyonunun irsi güclüdür.

Onlar çoxdan Qarabağdakı erməni separatçıları ilə əlaqə saxlayırlar. Onların ortaq tədbirləri, tanınmamış Dnestryanı və Gürcüstanın Tsxinvali bölgəsinin nümayəndələri ilə görüşləri olur.

Ancaq indi baş verənlər – muzdluların Azərbaycanla müharibəyə göndərilməsi həddini aşmaqdır”, – Malxaz QUlaşvili qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir