Müsahibə

Həmid Həmidov və Ülviyyə Mikayılova təhsildən danışdılar: Rus sektoru bağlanmalıdırmı? – VİDEO

Sharing is caring!


Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında izləyicilərə daha bir maraqlı videomüsahibə təqdim edib.

Ənənəvi cümə podkastının budəfəki qonağı ölkənin təhsil üzrə tanınmış eksperti Ülviyyə Mikayılova olub.

Söhbət zamanı o, SSRİ-də və indiki zamanda məktəb təhsili, kurikulum, müəllimlərin sertifikatlaşdırılması sistemi, məktəblərin monitorinqi, Azərbaycan və rus bölmələrində təhsilin səviyyəsindən danışıb.

Həmid Həmidov və Ülviyyə Mikayılova həmçinin ən yaxşı məktəb təhsil sistemi, Estoniya məktəb sisteminin sirri və ölkəmizdə ali təhsilin niyə dünyanın aparıcı təhsil sistemlərindən geri qalması barədə müzakirələr aparıblar.

Mütəxəssis məktəblərdə bullinq halları ilə bağlı məqamları da diqqətdənkənar qoymayıb. O həmçinin rus sektorunun bağlanmasının zəruri olub-olmaması ilə bağlı sualı cavablandırıb, dövlət məktəbləri ilə özəl məktəblərin fərqləri barədə danışıb.

Ülviyyə Mikayılova, eyni zamanda, tələbələrimizin xaricdə təhsillərini davam etdirmələri və geri qayıtmamaları mövzusuna da toxunub. Mütəxəssis 10-20 ildən sonra təhsilimizin necə olacağına dair fikirlərini də bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir