Müharibə

Azad edilmiş ərazilərdə daha 121 mina aşkarlandı

Sharing is caring!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

Agentlikdən verilən məlumata görə, iyulun 11-dən 16-na qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 111 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 849,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir