Müharibə

Aida Bayramova yazır: Xocalı Qan yaddaşımız!

Sharing is caring!

Təqvimimizin qara səhifəsinə çevrilən tarixlərdən biri də xalqımızın qan yaddaşına yazılan Xocalı soyqırımıdır. Bu soyqırım yalnız şəhər əhlinin kütləvi qırğını deyil, neçə-neçə ailələrin çırağının sönməsi, anaların oğul, bacıların qardaş fəryadı, ataların qız övladlarının ismət, namus göynərtisi, əlinin xınası getməyən gəlinlərin nakam talelərinə təcavüz kimi yazıldı ömürlərə.
Hər açılan qapıya həsrətlə boylanaraq: ” qayıtdı” ümidilə ömrünün 30 ilini yarası köz bağlamadan qaysağı qoparılan insanlar simasını xatırlamadığı, üzünü görmədiyi, səsini yadırğadığı doğmalarının həsrətilə başa vurmaqdadır. Bəli, düz 30 ilini! Bu qəbildən olan insanlardan biri də özü Xocalıdan olmasa da Milli Qəhrəman Tofiq Hüseynovun adını hər yerdə ləyaqətlə təmsil edən gəlini Azərbaycan Respublikası “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Ayşən Hüseynovadır. Tofiq Hüseynov ocağına üç övlad bəxş edən bu xanım ömrünü Tofiq Hüseynovun hərbçi həyatının, fədakarlığının və qəhrəmanlığının bu günki və gələcək nəsillərə aşılanması yolunda səfərbər edib. Elə bu məqsədlə Ayişən xanım şəxsi təşəbbüsü və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Tofiq Hüseynovun xatirəsinə həsr olunmuş Xocalının “Mixaylo”su adlı kiçik həcmli kitab nəşr etdirib. Çox xoşbəxtəm ki, Milli Qəhrəmanımızın döyüş yolundan bəhs edilən bu kitabda mənim də imzam var.

Haqqımız halalın, məkanın cənnət olsun, Vətənimin qəhrəman oğlu!

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir