Müharibə

Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əsgərimiz-FOTO/VİDEO

Sharing is caring!

Vətən müharibəsində şəhid olanlardan biri də Beyləqan rayon sakini Əsədov Tural Sərvan oğludur. Tural 1990 ilde fevralın 2-də anadan olub. 2008-ci ildə həqiqi hərbi xidmətdə olan Tural Əsədov 2011-ci ildə ailə həyati qurub. İki qız övladi var.

XəbərAl.az xəbər verir ki,ötən ilin sentyabrında könüllü olaraq canı qədər sevdiyi Vətəni üçün müharibəyə qatılıb. Noyabrda Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, mərhumun böyük qızı Turanənin atasının qəbri üstə “ata sənsiz ölmək istəyirəm” deyə göz yaşları töküb ağlaması sosial şəbəkələrdə geniş şəkildə paylaşılmışdır.

Onu da bildirək ki, şəhidimizin qızları – Əsədova Turanə Tural qızı Beyləqan şəhərində 4-cü sinifdə, Əsədova Fatimə Tural qızı isə 2 sinifdə təhsil alır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir