İdman

“Roma” son dəqiqələrdə heç-heçə edə bildi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 28-ci turun “Fiorentina” – “Roma” qarşılaşması başa çatıb. Komandalar Florensiyanın “Stadio Artemio Franchi” stadionunda qarşılaşıblar. Görüşün baş hakimi Davide Massa olub.

Rəqiblər sülhə razılaşıblar – 2:2. Qolları “Fiorentina”nın heyətində Ranyeri (18) və Mandraqora (69) vurublar. Qonaqlarda isə Auar (58) və Liorente (90+5) fərqləniblər.

“Roma” A Seriyasının turnir cədvəlində beşinci yerdədir. Komanda 28 oyunda 48 xal toplayıb. “Fiorentina” isə 43 xalla səkkizinci yerdə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir