Müharibə

Azərbaycan Serbiyadan B52 özüyeriyən haubitsa alacaq – FOTO

Sharing is caring!


Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkəsi artıq özüyeriyən artilleriya qurğularının tədarükü üçün Azərbaycanla müqavilə imzalayıb.

Artıq bu barədə məlumat “Defence Turk” “X” hesabında da dərc edilib.

Məlumata görə, söhbət Serbiya istehsalı olan təkərli şassidə dəyəri 339 milyon dollara çatan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsadan gedir.

Qeyd olunub ki, “Nora B52” özüyeriyən haubitsa düşmənin şəxsi heyətini, artilleriya batareyalarını, bunkerlərini məhv etmək, həmçinin minalanmış sahələr və sahə maneələrində keçidlər təmin etmək üçün nəzərdə tutulub.

“Nora B52” haubitsa əsasən ABŞ ordusu tərəfindən istifadə edilən və döyüşə bütün quru, dəniz və hava hərbi hissələrinin daxil edilməsini nəzərdə tutan Şəbəkə Mərkəzli Müharibə sisteminin əsas avadanlıqları ilə təchiz edilib.

“Nora B52” özüyeriyən haubitsa ilk növbədə, dost qoşunları aşkar və döyüş vəziyyətini simulyasiya etməyə imkan verən, rabitəni sürətləndirən çoxsaylı sensor və radarla təchiz edilib.

Mənbə: Caliber

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir