Müharibə

Vətənin Sahibləri

Sharing is caring!

Uşaq vaxtı 1941-1945 ci illərdə  Böyük Vətən müharibəsində  faşistlərlə vuruşmuş   ata-babalarımızın söhbətlərində öz çətin , agrılı-acılı  döyüş xatirələrindən, müharibədə göstərdikləri qəhrəmanlıq hekayələrindən  çox xoşlanardım..  O, vaxt heç aglıma belə gəlməzdi ki, nə vaxtsa jurnalist kimi müsahibim , Vətən müharibəsində iştirak etmiş , 23 yaşlı  gənc olacaq və onun müharibədə göstərdiyi şücaətləri məni heyrətləndirəcək… Bəli, bu gənc oğlanın adı Sahibdir, onun   23 yaşı var.Əslən Qərbi Azərbaycandan olan Sahib ,1997 ci ildə Bakı şəhərində anadan olub, hərbi -xidmətini başa vurduqdan sonra müddətdən əlavə Orduda xidmət edir.Vətənə baglılıq ,eyni zamanda nankor ermənilərin törətdikləri vəhşiliklər,Sahibi rahat buraxmır.O, 2016 -cı ildə Lələ- Təpə ugrunda gedən döyüşlərdə də  iştirak edərək, düşmənə layiqli,sarsıdıcı zərbələr endirib.    27  sentyabr 2020 -ci ildə  Vətən müharibəsi  başladığı  andan hamı kimi Sahib də   xidmət etdiyi H/H -dən cəbhəyə  yola düşmüş, Füzuli,Cəbrayıl,Hadrut,Tuğ,Şuşa  istiqamətində    gedən döyüşlərdə  iştirak  etmiş  və alnından qəlpə yarası almışdır.Yaralanmagına rəgmən o döyüşdən geri çəkilməmiş,əsgər yoldaşları ilə birgə verilən təlimi ugurla sonlandırmışdır.  Onu da  qeyd edim ki, Sahibin atası Babayev  Oqtay  1992 – ildə Füzuli,Cəbrayıl,Hadrut,Laçın və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş  müharibə veteranıdır.Oglunun Zəfərlə qayıdışına “mənim tamamlamadıgım işi oglum tamamladı” deyərək həm qürurlanır,həm də qəhərlənir Oktay ata.  Biz  də Resmixeber.az informasiya Agentliyinin kollektivi olaraq, həm Oktay bəyə,həm Sahibə ,həm də bizə bu Zəfər Sevinci yaşadan bütün əsgərlərimizə ,cənab Ali Baş Komandanımıza bir daha təşəkkür edərək, Sahibin sahib oldugu qələbə sevincini sizinlə  bölüşürük.

Suşada döuüşdən sonra yoldaşları ilə xatirə fotosu.

Şüşa məscidində ilk şükür duası

RƏSMİYYƏ AYDINQIZI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir