Müharibə

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb – FOTO

Sharing is caring!


Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir