Müharibə

Gürcüstanın Baş naziri Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini bildirib

Sharing is caring!


“Gürcüstanın qonşu dövlətlərlə – Azərbaycan və Ermənistanla çox sıx əlaqələri və tərəfdaşlığı var”.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən panellərdən birində bəyan edib.

O, Azərbaycanla Ermənistan arasında birbaşa təmasları dəstəklədiyini vurğulayıb.

“Biz başa düşürük ki, regionda çoxlu oyunçular var. Azərbaycan və Ermənistan liderlərinin bir-biri ilə ikitərəfli müstəvidə münasibətlər qurmaq istəmələri ilə bağlı mövqelərini bilirəm. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər vasitəçi, bu qədər maraqlı tərəflə proses bəzən daha ziddiyyətli olur. Ona görə də onlara uğurlar arzulayıram”, – deyə Qaribaşvili bildirib.

Gürcüstanın baş naziri tərəflərin tezliklə sülh sazişi imzalayacaqlarına ümidini də ifadə edib.

Mənbə: “Sputnik” Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir