Müharibə

Fərid Şəfiyev: “Ermənistan sülhdən danışır, amma Azərbaycana qarşı kampaniya aparır”

Sharing is caring!


“Ermənistan sülhdən danışır, amma Azərbaycana qarşı kampaniya aparır”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən sonra ölkənin xarici siyasətində duran əsas prioritetlərdən danışan sədr bildirib ki, hazırda bununla bağlı əlavə müzakirələrə ehtiyac var.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçilik etmək istəyən güc strukturlarının yersiz rəqabəti prosesə mane olur. Ermənistanla bağlı bir sıra vacib məsələlər – delimitasiya, nəqliyyat yollarının açılması və s. var. Bu məsələlərin həlli ilə bağlı biz müəyyən problemlərlə üzləşirik, çünki Ermənistan qeyri-konstruktiv mövqe tutur. Ermənistan sülhdən danışır, amma media, elmi, hüquqi müstəvidə Azərbaycana qarşı kampaniya aparır. Təəssüflər olsun ki, ABŞ və Avropada bunu dəstəkləyən ölkələr var. Buna görə də Azərbaycan bu kampaniyaya qarşı mübarizə aparmalıdır”, – F.Şəfiyev qeyd edib.

O əlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan və Ermənistan arasında vasitəçiliklə bağlı açıqlamalar verirlər:

“Biz onların sonuncu bəyanatlarından sonra bu vasitəçiliyi qəbul etməyəcəyik. Əgər hər hansı bəyanatla mövqelərini təkzib etsələr, o zaman vasitəçiliyi qəbul edə bilərik. Vasitəçilik missiyasında Böyük Britaniya da rol oynaya bilər. Digər ölkələrlə müqayisə etsək, Britaniya balanslı mövqedədir. Azərbaycan isə vasitəçilərin tərəfdarı deyil. Çünki onlar öz gündəlikləri ilə çıxış edirlər. Eyni zamanda, böyük güclər arasında rəqabət var, bu da imkan vermir ki, hər hansı vasitəçi öz monopoliyasını saxlasın”.

F.Şəfiyevin sözlərinə görə, digər bir məsələ azərbaycanlıların azad olunmuş torpaqlara geri qayıtmasıdır:

“Bu, bir tərəfdən, bizim daxili məsələmizdir, digər tərəfdən, xarici siyasətin tərkib hissəsidir. Gələcəkdə xarici investorları həmin ərazilərə cəlb etmək, mina məsələsini həll etmək kimi missiya var. Həmçinin, xarici siyasətimizdə digər məsələlər formalaşıb. Burada türk dövlətləri, Orta Dəhliz kimi məsələlər prioritetdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir