Müharibə

Şəhidlərin doğmaları Bərdə terrorundan danışdılar: “Balam bir dəfə, mən hər gün yanıram” – VİDEO

Sharing is caring!


2020-ci il oktyabrın 28-də Ermənistan ordusu Bərdənin dinc əhalisini raket atəşinə məruz qoyub.

Nəticədə 20 nəfər həlak olub, 82 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oğlu Məhərrəm Mustafayevi həmin hadisədə itirən Sehranə Mustafayeva Baku TV-yə terrorun dəhşətlərindən danışıb.

“İşdən çıxmışdı. Çörək alıb evə gələndə ətrafında bomba partlayıb və maşını alışıb. Balam bir dəfə, mən isə hər gün yanıram”, – deyə o bildirib.

Şəhid Məhərrəmin anası oğlunun xeyirxah əməlindən də söz açıb:

“Oğlum 44 günlük müharibədə Bərdə xəstəxanasına gətirilən iki əsgərə qan verib. Mən onunla fəxr edirəm. Bir oğul itirdim, ikisini tapdım”.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir