Müharibə

“Hraparak”: “Paşinyan şəxsən Şahramanyanı “DQR”in ləğvi haqqında “fərman” imzalamağa çağırıb”

Sharing is caring!


“Nikol Paşinyan “DQR”in yekun ləğvi haqqında “fərman”ın mətnindən xəbərdar idi. O, şəxsən Samvel Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”.

Bu barədə “Hraparak” erməni nəşrində məlumat verilib.

“Xüsusilə, azərbaycanlılar “Artsax”ın özünü buraxması, “dövlət institutları”nın, “ordu”nun ləğvi, Azərbaycan Silahlı Qüvvələrinə silah-sursatın təhvil verilməsi barədə tələblərin öz əksini tapdığı qərarı Qarabağdakı ermənilərə çatdırarkən Şahramanyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla bircə dəfə telefon danışığı olub. Həmin söhbətdə Ermənistanın baş naziri ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə və müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir