Müharibə

Birgə taktiki təlimlər: Azərbaycan və Türkiyənin döyüş təyyarələri havaya qalxıb – VİDEO

Sharing is caring!


Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq prosesi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də, hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.

Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir