Dünya

Finlandiya, İsveç və Türkiyə arasında danışıqların tarixi açıqlanıb

Sharing is caring!

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya, İsveç və ölkəsi arasında NATO-ya üzvlüklə bağlı danışıqların tarixini açıqlayıb.

Onun sözlərinə görə, bu dövlətlərin nümayəndələri martın 9-da NATO-nun mənzil-qərargahında görüşəcəklər.

“İki iclas keçirildi, üçüncü görüşü Quran yandırma aksiyasından sonra təxirə saldıq. Üçüncü görüşün Brüsseldə keçirilməsi yaxşı olardı. Görüş martın 9-da keçiriləcək, qoy İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini açıq şəkildə görsünlər”, – deyə Çavuşoğlu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bəyan edib.

Mənbə: ntv.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir