Müharibə

İranın Baş Qərargah rəisi: “Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərməyə hazırıq”

Sharing is caring!


“İran Ermənistan-Azərbaycan şərti sərhədinə (Ermənistan tərəfindən) öz müşahidəçilərini göndərməyə hazırdır”.

Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri bəyan edib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra bu barədə bildirib.

“Cənubi Qafqaz regionunda gərginliyin saxlanması təkcə Ermənistan və Azərbaycanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğun deyil. Bu baxımdan, İran Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır”, – deyə o vurğulayıb.

Mənbə: Tasnim

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir