Müharibə

İşğalçı Ermənistan Azərbaycanla düşmənçiliyindən əl çəkmir – VİDEO

Sharing is caring!


Ermənistan postmüharibə dövründə də mina terrorunu davam etdirir.

Son olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı həlak olub. Onların köməyinə tələsən 4 polis əməkdaşı da növbəti mina terrorunun qurbanı olub.

Maraqlıdır ki, həmin yol istehkamçılarımız tərəfindən dəfələrlə yoxlanılıb və orada köhnə minaların olması ehtimalı azdır. Bu isə minaların təzəlikcə basdırıldığını sübut edir.

Qeyd etmək yerinə düşər ki, 2021-ci ildə jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov da Kəlbəcərdə sonradan basıdırılan minaların qurbanı olmuşdu. Bu isə o deməkdir ki, Ermənistan terrorçu mahiyyətindən hələ də əl çəkmir, Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir.

Hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, ermənilər bu təxribatla mesaj verirlər ki, istədikləri vaxt mina terroru törədə bilərlər:

“Nə qədər ki qeyri-qanuni birləşmələr ərazilərimizdə mövcud olacaq, qarşı tərəfdən bütün zamanlarda bu təxribatlara hazır olmalıyıq”.

Beynəlxalq konvensiyalara görə, müharibə olmayan şəraitdə, əsasən də dinc insanlara qarşı minalardan istifadə etmək cinayət hesab olunur. Razılaşmalara əasasən, münaqişə tərəfləri müharibə başa çatandan sonra minalardan təmizlənəcək sahələrin xəritələrini təhvil verir və minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Lakin Ermənistan bu əhəmiyyətli məsələdə belə məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranış nümayiş etdirir.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir