Müharibə

Hərbi Hava Qüvvələrində həyəcan siqnalı: Məqsəd nədir? – ŞƏRH

Sharing is caring!


Azərbaycan Hərbi Hava Qüvvələrinin Ermənistanla hərbi-siyasi gərginlik fonunda intensiv təlimlərinə diqqət yetirməkdə fayda var.

Bir neçə gün öncə Azərbaycan İsrail istehsalı olan “Barak-8” hava hücumundan müdafiə sistemindən raketlər buraxmışdısa, növbəti dəfə hərbi pilotlar təlim-məşq uçuşları keçiriblər.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, pilotlar müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra ediblər.

Təlimlər Azərbaycanın müdafiə qüdrəti ilə təhdid formalaşdıran mənbələrin məhvi məqsədilə hücum taktikasının zamanlama baxımından koordinasiyasını təsvir edir.

Pilotların qırıcı təyyarələrlə manevrləri mümkün hərbi əməliyyatlar zamanı Hərbi Hava Qüvvələrinin təyin edilən hədəfləri dəqiqliklə vurulmasındakı peşəkar vərdişlərini yoxlamaqdır.

Hərbi Hava Qüvvələrinin təlimləri daha geniş anlamda Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyən şərti düşmənin:

– Dövlət və hərbi idarəetmə sistemini iflic vəziyyətə gətirməyin, 

– Strateji əhəmiyyətli hərbi obyektlərini sıradan çıxarmaq məqsədilə genişmiqyaslı əməliyyatların tərkib hissəsini simvolizə edir.

İstər hava hücumundan müdafiə sistemlərinin hazırlıq vəziyyətinə gətirilməsi, istərsə də döyüş təyyarələrinin səmaya qalxaraq şərti hücum əmrlərini icra etməsi mərkəzləşmiş idarəetməyə əsaslanan strateji qorunmanın məşqidir.

İdarəolunmaz həyəcan keçirən ölkə isə bəllidir, bu, Ermənistandır, çünki o, Azərbaycanın mümkün hərbi müdaxiləsindən çəkinir.

Ancaq İrəvan sülh və təhlükəsizliyi korlamaq siyasətindən yayınmır, əksinə, fürsət düşdükcə onu inkişaf etdirib regionda yeni gərginlik yaratmaq xəttini tutur.

Azərbaycanın digər qoşun növləri kimi, hərbi hava qüvvələrinin təlimi də Ermənistanın iddialarına mənalı cavabların sərhədlərini göstərir.

Əgər Azərbaycanla Ermənistan sərhədində toqquşma olsa:

– Bakı özünün hava məkanına təhdidlərin qarşısını müdafiə sistemi çərçivəsində almaq üçün həlledici qərarlar verəcək,

– Ermənistanın dərinliklərində təxribatı körükləyən hərbi mənbələri aşkar edərək onlara qarşı qırıcı təyyarələrdən istifadə edəcək…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir