Müharibə

Prezidentin köməkçisi: “Ermənistan və qeyri-qanuni marionet rejim minalar yerləşdirməyə davam edir” – FOTO

Sharing is caring!


“1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.

O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli rəqəmlərini əks etdirən cədvəlini də paylaşıb.

“Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir”, – deyə prezidentin köməkçisi sözlərini yekunlaşdırıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir