Müharibə

İƏT missiyasının üzvü: “Ermənilərin Gəncədə törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətə çatdıracağıq”

Sharing is caring!


“Burada ermənilərin törətdikləri cinayətlərin şahidi olduq”.

“Report”un Qərb bürosunun xəbərinə görə, bunu Gəncədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Muhammad Sulaiman Laval deyib.

O bildirib ki, Gəncəyə səfərin əsas məqsədi burada Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır:

“Burada uşaqların, mülki şəxslərin həlak olmasından çox təəssüflənirik. Bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər edib.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlanaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir