Müharibə

Baku TV-nin REPORTAJI: Ermənistan mədənləri regionu məhv edir – VİDEO

Sharing is caring!


Azərbaycan birinci il deyil ki, həyəcan təbili çalır. Regionun ən mühüm ekoloji problemlərindən biri Ermənistan və Azərbaycan sərhədindən axan Oxçuçayın mənfur qonşularımız tərəfindən çirkləndirilməsidir. Çayın yaxınlığında mədən kompleksi yerləşir. Ermənistan zavodlarından ağır metalların sızması nəticəsində Oxçuçay dəhşətli, dönməz ekoloji problemlər mənbəyinə çevrilib.

Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi suyun təhlilini apararaq müəyyən edib ki, çirklənmə səviyyəsi digər sərhədyanı çaylarla müqayisədə qeyri-mütənasib yüksəkdir.

Erməni fəallar da öz ölkələrindəki fəlakətli vəziyyətdən danışırlar. İddia olunur ki, ekoloji göstəricilərə görə, Ermənistanın hava və suyun çirklənməsi və yaşayış yerlərinin bu çirklənmədən qorunması ilə bağlı ciddi problemləri var.

Beləliklə, Qafan və Qacaranın mədən sənayesinin tullantıları ilə həddindən artıq çirklənmiş Oxçuçay, sözün əsl mənasında, sənaye tullantılarının toplayıcısı rolunu oynayır.

Zəngəzur mis-molibden zavodunun tullantıları təmizlənmə proseslərindən keçmədən birbaşa çaya axıdıldığı üçün çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır. Su anbarının su ehtiyatları kifayət deyil və yararsız hesab edilir.

Tərkibində ağır metalların üstünlük təşkil etdiyi “ölü su” nəinki istifadəyə yararsızdır, həm də təhlükəlidir.

Ekspert Susanna Martirosyan hazırda alergik xəstəliklərin sayının xeyli artdığını qeyd edib:

“Çünki onlar filizi açıq üsulla emal edirlər. Bütün dərdlər də elə bununla bağlıdır. Çayın ətrafında yaşayan bir çox quşlar və ümumiyyətlə, canlılar ya mutasiyaya məruz qalır və ya tamamilə yox olub.

Ermənistanın “EcoLur” ictimai informasiya təşkilatının rəhbəri İnqa Zarafyan müxtəlif müəssisələr tərəfindən ətraf mühitin çirklənməsi ilə bağlı dəfələrlə həyəcan təbili çalıb.

“Təbii ki, ən böyük müəssisə elə Zəngəzur kombinatıdır. Həmçinin “Şaumyan” polimetal yatağı ilə birgə Qafan kombinatını, “Aqarak” mis-molibden yatağı ilə birgə eyni adlı kombinatı da vurğulaya bilərik. Onların hamısı bir-birinin yaxınlığında yerləşir. Hamısı açıq mədənlərdir və təhlükəli mədən növü hesab edilir. Ümumiyyətlə, metal yataqlarının hasilatı çətin və çirkləndirici proses hesab olunur”.

İ.Zərəfyanın sözlərinə görə, Zəngəzur mis-molibden zavodunun mədənlərində və “Deno Gold Mining Company” QSC-yə məxsus “Kapan” qızıl çıxarma müəssisəsində ucuz avadanlıqlardan istifadə olunur və bunun nəticəsində yaranan səhiyyə və ekoloji problemlər heç kimin vecinə deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir