Müharibə

Azad edilmiş ərazilərdə ötən həftə 43 mina aşkarlanıb

Sharing is caring!


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, iyulun 17-dən iyulun 22-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 28, tank əleyhinə 15 mina və 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

227.23 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir