Müharibə

XİN rəsmisi: “Azərbaycandakı beynəlxalq tədbirlərdə erməniəsilli jurnalistlər də olurlar” – FOTO

Sharing is caring!


“Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz”. 

Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində bu gün keçirilən brifinqdə Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Sədr qeyd edib ki, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib.

Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycanda media azadlığı var və Azərbaycan qanunları çərçivəsində ölkəmizə gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməniəsilli jurnalistlər də olurlar:

“Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir