Müharibə

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər – VİDEO

Sharing is caring!


Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən rahat istifadə etməsi ilə bağlı yeni görüntülər yayılıb.

APA xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir