Müharibə

Dini icmaların nümayəndələri Xudavəng monastırında dini ayinlər həyata keçiriblər – YENİLƏNİB

Sharing is caring!


Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri və Azərbaycanda mövcud olan digər dini konfessiyalar işğaldan azad olunmuş Kəlbəcər rayonundakı Xudavəng monastırında dini ayinlər həyata keçiriblər.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşının məlumatına görə, qeyri-İslam dini icmaların 60-dan çox nümayəndəsi hazırda Xudavəng monastırında dualar edib, şamlar yandırıblar.

Qeyd edək ki, Ermənistanın işğalından azad edilmiş ərazilərdə dini abidələrə ziyarət artıq ənənə halını alıb.

Xatırladaq ki, azad edilmiş ərazilərə bu cür səfərlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mütəmadi olaraq həyata keçirilir.

14:34

İşğaldan azad olunmuş Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksi dini icmaların nümayəndələri tərəfindən ziyarət edilib.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə həyata keçirilən səfərdə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri və Azərbaycanda mövcud olan digər qeyri-İslam dini icmaların nümayəndələri, həmçinin media mənsubları iştirak ediblər.

Qeyd edək ki, Ermənistanın işğalından azad edilmiş ərazilərdə dini abidələrə ziyarət artıq ənənə halını alıb.

Xatırladaq ki, azad edilmiş ərazilərə bu cür səfərlər DQİDK təşkilatçılığı ilə mütəmadi olaraq həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir