Dünya

Rusiyada koronavirus məhdudiyyətləri ləğv olundu

Sharing is caring!

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən məhdudiyyətləri ləğv edir.

Bu barədə idarənin mətbuat xidmətindən xəbər verilib.

“Epidemioloji prosesin intensivliyinin davam edən azalması ilə əlaqədar olaraq “Rospotrebnadzor” əvvəllər tətbiq edilən məhdudiyyətləri, o cümlədən maska ​​rejimi, iaşə müəssisələrinin gecə işləməsi qadağası və bir sıra digər tədbirləri dayandırır. Əgər COVID-19 ilə bağlı vəziyyət pisləşərsə, məhdudlaşdırıcı tədbirlər bərpa oluna bilər”, – deyə məlumatda bildirilir.

O da vurğulanır ki, eyni zamanda yoluxanların vaxtında aşkarlanması və epidemiya prosesinin monitorinqini təmin edən tədbirlər üçün antiepidemiya tədbirləri davam etdirilir, vəziyyət idarənin ciddi nəzarəti altında qalır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir