Müharibə

Türkiyədə “KURTARAN-2023” hərbi təlimləri başladı: Azərbaycan hərbçiləri iştirakçılar arasındadır – FOTO

Sharing is caring!


Türkiyədə “Kurtaran-2023” hərbi təlimləri başlayıb.

Təlimdə Türkiyə ilə yanaşı, Azərbaycan, Avstraliya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İndoneziya, Cənubi Afrika Respublikası, Qətər, Malayziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Omandan 41 müşahidəçi iştirak edir.

Bu il altıncısı keçirilən “KURTARAN-2023” təlimlərində səthə çıxmaq funksiyasını itirmiş sualtı qayığın axtarışı, həyat dəstəyinin təmin olunması və şəxsi personalın xilas edilməsi bağlı fəaliyyətlər nəzərdə tutulur.

Təlimlərin “Yüksək müşahidəçi Günü”ndə Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ərcüment Tatlıoğlu ilə yanaşı 31 ölkədən 32 hərbi attaşe iştirak edib.

Mətbuat brifinqinə isə Hərbi Dəniz Qüvvələri Komandanı, vitse-admiral Kadir Yıldız və digər komandirlər qatılıb.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir