Müharibə

Ankarada Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib – FOTO

Sharing is caring!


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun modernləşdirilməsi, o cümlədən Türkiyə Ordusunun kiçik modelinin qurulması istiqamətində görülən işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Nümayəndə heyəti Ankara şəhərində Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin rəisi general-mayor Esat Mahmut Yılmazla görüşüb.

Görüş zamanı Türkiyə Respublikasının Hərbi Qanunvericiliyinin öyrənilməsi, bu istiqamətdə görüləcək birgə işlərin planlaşdırılması, eləcə də silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları və digər mövzularda ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə fotosu çəkdirilib.

Səfər çərçivəsində, həmçinin azərbaycanlı nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbirdə də iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir