Müharibə

Tərtərdə mina partlayışı baş verən ərazidən görüntülər yayılıb – FOTO

Sharing is caring!


Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində üç nəfər həlak olub.

Oxu.Az xəbər verir ki, partlayış baş verən ərazidən görüntülər yayılıb.

Partlayış zamanı “RPS Energy Ltd.” şirkətinin əməkdaşları – 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olublar.

Qeyd edək ki, Azərbaycanda mina partlayışları zamanı 1991-ci ildən bəri 3 377 nəfər həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir