Hadisə

Sifarişlə həbs olunması iddia edilən Saməddin Məmmədov öz əməllərinin cəzasını almışdır

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Bəzi sosial şəbəkələrdə Cəlilabad rayonundakı Uzuntəpə kəndinin sakini Məmmədov Saməddin Qardaşxan oğlunun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun sifarişi ilə həbs edilməsi barədə Saməddin Məmmədovun oğulları və yaxın qohumları tərəfindən səsləndirilən iddialar əsassız və böhtan xarakterlidir. Onun həbs edilməsində rayon icra hakimiyyətinin heç bir rolu olmamış və öz əməlinin cəzasını almışdır. Belə ki, 27 sentyabr 2021-ci il tarixdə - Anım günündə Məmmədov Saməddin Qardaşxan oğlu Cəlilabad rayonunun Məşədivəlli kənd sakini, rayonda jurnalistlik fəaliyyəti ilə məşğul olan Cəfərov Elşən Oqtay oğlunu rayon avtovağzalının həyətində döyərək, ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Elşən Cəfərov kəllə-beyin travması, burunun deformasiya olunmuş sınığı diaqnozu ilə rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılmış və 29 oktyabr 2021-ci il tarixdə Saməddin Məmmədov Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə həbs edilmişdir. Məlumat üçün bildiririk ki, Saməddin Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə 2006-cı ildə 8 il, oğlu Amid Məmmədov xuliqanlığa görə 2016-cı ildə 5 il, digər oğlu Nahid Məmmədov isə narkotik maddədən istifadə etdiyinə görə 2019-cu ildə 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmişlər. Saməddin Məmmədov törətdiyi cinayətin cəzasından yayınmaq, istintaqın gedişinə təsir göstərmək məqsədilə son vaxtlar sosial şəbəkələrdə özünü hüquq müdafiəçisi kimi təqdim etmiş, RİH başçısı və rayonun digər vəzifəli şəxsləri haqqında şər-böhtan xarakterli məlumatlar yayaraq onları şantaj etməyə və bununla şəxsi mənfəət əldə etməyə çalışmışdır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir