Müharibə

Mina partlayışında yaralanan sürücünün ayağı amputasiya olunub – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

APA-nın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

11:39

Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində piyada əleyhinə minanın partlayışı nəticəsində xəsarət alan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə müqavilə əsasında çalışan podratçı şirkətin nümayəndəsidir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

10:50

Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı hadisəsinin təfərrüatı bəlli olub.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“O, bölgədə fəaliyyət göstərirdi. Daimi olaraq gedib-gəlirdi. Hazırda vəziyyəti yaxşıdır. Piyada əleyhinə mina olub. Pəncəsi minaya düşüb. Bərdə xəstəxanasındadır”.

09:46

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Bu barədə ANAMA məlumat yayıb.

Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir