Müharibə

Bir yanda erməni vandallarının dağıtdığı evlər, digər yanda açan dağ çiçəkləri: Başlıbeldən görüntülər – FOTO

Sharing is caring!


Təbiət möcüzəsi olan Kəlbəcər rayonunun ən səfalı guşələrindən biri Başlıbel kəndidir. Dəlidağın ətəyində, Başlıbel çayının sahilində yerləşən bu kəndin təbiəti ilin bütün fəsillərində gözəlliyi ilə seçilir. Aprel ayının ikinci yarısı olmasına baxmayaraq, dağlar qoynunda yerləşən Başlıbelə bahar təzəcə gəlib.

Bir yandan erməni vandallarının dağıdaraq viran qoyduğu kəndin ürək dağlayan görüntüləri kədər doğurursa, digər yandan ağ örpəyə bürünmüş Dəlidağ, təzəcə yaşıllaşmağa başlayan yaylaqlar, baş qaldıran dağ çiçəkləri, təbiətin sükutunu pozan çayın şırıltısı insanı valeh edir.

Çox keçməyəcək azadlığına qovuşmuş Başlıbel kəndi yenidən qurularaq 30 il əvvəlki xoşbəxt günlərinə qovuşacaq. Əminliklə demək olar ki, kənd dağ turizminin inkişaf etdiyi məkan kimi də şöhrət qazanacaq.

AZƏRTAC-ın Başlıbel kəndindən çəkdiyi görüntüləri təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir