Ölkə

Azərbaycanda bu tarixdən karantin rejimi ləğv edilir? — AÇIQLAMA

Sharing is caring!

Azərbaycanda gündəlik yoluxma sayı artıq 200-ə düşüb. Bundan əlavə, gündəlik ölüm hallarında da xeyli azalma var. Ona görə də bu gün bir çoxları may ayından sonra Azərbaycanda normal həyatın bərpa ediləcəyi ilə bağlı iddialar səsləndirirlər. Hətta bəziləri may ayından sonra koronavirusun yox olacağını da deyirlər.

XəbərAl.az xəbər verir ki, bununla dosent Ədalət Rüstəm bildirib ki, yaz-yay aylarında Azərbaycanda koronavirusun 3-cü dalğası gözlənilmir:

“Çünki yanvarın 18-dən vaksinasiya başlayıb. İnsanlar da artıq karantin qaydalarına əməl edir və istər qapalı məkanlarda, istərsə də açıq havada maskadan istifadə edirlər. Ona görə də yoluxma sayının yenidən artması inandırıcı deyil. Sevindirici haldır ki, insanlar artıq Operativ Qərargahın tövsiyələrinə əməl edirlər. Düşünürəm ki, biz yay aylarında artıq normal həyatımıza geri qayıdacağıq. Düzdür, koronavirus heç bir zaman bitməyəcək, çünki bu, daim davam edən xəstəlikdir. Lakin gündəlik yoluxma da əvvəlki kimi olmayacaq, 3-5 arası olacaq. Ona görə də düşünürəm ki, artıq may və iyun aylarında qaydalar saxlanılmaqla karantin rejimi ləğv ediləcək və normal həyatımıza qayıda biləcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir