İdman

“Çelsi” Onanaya görə tarixin ən bahalı qapıçısından imtina edir

Sharing is caring!


“Çelsi” “İnter”in qapıçısı Andre Onananı transfer etməkdə israrlıdır.

London klubu Milan təmsilçisinin qolkiperi üçün Kepa Arrisabalaqanı verməyə və müəyyən məbləğ ödəməyə hazırdır.

28 yaşlı Kepa 2018-ci ilin yayında Bilbao “Atletik”indən “Çelsi”yə keçib. “Zadəganlar” onun üçün 80 milyon avro ödəyiblər və bu, futbol tarixində bir qapıçı üçün xərclənən ən yüksək məbləğdir. Bu mövsüm ispaniyalı Premyer Liqada 23 oyun keçirib və 21 qol buraxıb.

Keçən yay azad agent kimi “İnter”ə keçən Onana İtaliya A Seriyasında 20 matça çıxıb və 18 qol buraxıb.

Mənbə: “La Gazzetta dello Sport”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir