Müharibə

Hərbi vəzifəlilər praktiki atış çalışmalarını icra ediblər – VİDEO

Sharing is caring!


Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilir.

Toplanış zamanı hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilər təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir