Müharibə

Yaralı erməniyə kömək edən Azərbaycan əsgəri və vəhşi Ermənistan – ŞƏRH + VIDEO

Sharing is caring!


Qarabağda müharibəni dayandıran 10 Noyabr Bəyanatından sonra Azərbaycanla Ermənistan arasında sərhəd toqquşmaları olub.

Azərbaycan Ordusu hərbi toqquşmalarda hərbi qaydalara uyğun olaraq davranıb, döyüşlərdə və ya insidentlərdə əsir düşmüş erməni hərbçilərə işgəncələr verməyib.

Eynilə 44 günlük Vətən müharibəsindəki kimi. Hətta 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı toqquşma olanda azərbaycanlı hərbçi yaralı erməni əsgərə yardım da etmişdi.

Lakin Ermənistan nə müharibədəki nəticələrdən dərs çıxarır, nə də sülhlə bağlı Azərbaycanın uzatdığı əli qəbul etmək istəyir.

Əksinə, daha da qəddarlaşaraq işgəncə motivlərinə üstünlük verir. Bu dəfə ermənilər azaraq Ermənistana keçən azərbaycanlı hərbçiyə qarşı vəhşiliklə gündəmə gəliblər.

Budur, yaralı erməninin yaralarını sarıyan azərbaycanlı hərbçi, digər yanda isə əli-qolu bağlı azərbaycanlı hərbçiyə qarşı vəhşi davranışlar. Tərəzinin gözündə hansı ağırlıq təşkil edir – bunu başqa zaman insan hüquqlarından bəhs edərək ermənilərin revanşist hisslərini pərdələyənlər özləri müqayisə etsinlər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Müdafiə Nazirliyinin iki əsgəri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı. Digəri isə bu gün saxlanılıb.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir