AKTUAL

Prezident Arzu Rəhimovu işdən çıxardı

Sharing is caring!

Prezident İlham Əliyev general-polkovnik Arzu Rəhimovla bağlı Sərəncam imzalayıb.

Xəbəral.az xəbər verir ki, Sərəncamla Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, 59 yaşlı A.Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edirdi.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir