Kriminal

Rəşad Dağlının ilk məhkəmə iclası başa çatdı – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq iş üzrə hazırlıq iclası saat 10:20-ə təyin olunub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Lakin məhkəmənin təxirə salındığı və prosesin başqa günə təyin edildiyi açıqlanıb.

08:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclası başlayır.

Oxu.Az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi, işin məhkəmə baxışına verilməsi gözlənilir.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə, 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir