Müharibə

Ermənilərin Qarabağdakı qanunsuz birləşmələrə silah-sursat daşıdıqları avtomobil məhv edilib – FOTO

Sharing is caring!

Ermənilər Qarabağda növbəti dəfə təxribata əl atıblar.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən düşmənin nəqliyyat vasitəsi sıradan çıxarılıb.

Bununla bağlı görüntülər əldə etmişik.

Müvafiq fotolarda UAZ markalı yük avtomobilinin atışma zamanı tamamilə yararsız hala düşdüyü əks olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir